YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Qırğızıstandakı səfirliyində yerli vaxt ilə saat 16:00-dək seçicilərin 63 faizi səs verib

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkəmizin Qırğızıstandakı səfirliyində yerli vaxt ilə saat 16:00-dək seçicilərin 63 faizi səs verib.

Səfirlikdə yaradılan 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı seçki məntəqəsində vətəndaşlarımızın azad və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğızıstanın Seçkilər və Referendumların üzrə Mərkəzi Komissiyasının nümayəndəsi, beynəlxalq müşahidəçilər və bu ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

 

DİGƏR Xəbərlər Arxiv