YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Abu-Dabidəki səfirliyində yaradılan məntəqədə fəallıq müşahidə olunur

Azərbaycan Respublikasının Birləşmiş Əmirlik Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidəki səfirliyində ölkəmizin Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi üzrə keçirilən referendumla əlaqədar səsvermə başlayıb.

Yerli vaxtla saat 8-də 34 saylı seçki məntəqəsinin qapıları səs verənlərin üzünə açılıb. Birləşmiş Ərəb Əmirliklərinin ərazisində daimi və ya müvəqqəti əsasda yaşayan Azərbaycan vətəndaşlarının öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün bütün zəruri şərait yaradılıb.

Seçki məntəqəsinin açıldığı ilk saatlardan soydaşlarımızın fəallığı müşahidə olunur.

Azərbaycan Respublikasının BƏƏ-dəki səfiri Daşqın Şikarov AZƏRTAC-a müsahibəsində yerli vaxtla saat 10:15-ə olan məlumata əsaslanaraq, səfirliyin konsulluq qeydiyyatında olan 75 seçicidən 56-nın səsvermə hüquqularından istifadə etdiyini bildirib.

Səsvermə heç bir qayda pozuntusu olmadan azad və şəffaf şəraitdə keçir. Səsvermə yerli vaxtla saat 19-da yekunlaşacaq.

 

DİGƏR Xəbərlər Arxiv