YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsvermənin ilk saatlarında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 6751 seçici səs verib

Referendumun ilk saatlarından 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçicilər fəallığı müşahidə olunur.

Dairə seçki komissiyasından bildirilib ki, saat 10:00-dək dairə üzrə 6751 seçici səs verib.

Seçki dairəsi 54 seçki məntəqəsini əhatə edir. Məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təchiz edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə seçki komissiyasında 51535 seçici qeydə alınıb. Məntəqələrdə müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər.

Səs verənlər arasında 119 yaşlı Süsənbər Xanməmmədova da var.