YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Salyan rayonunda seçicilərlə görüşü keçirilib

Sentyabrın 23-də «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Salyan rayonunda  seçicilərlə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirdi ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə yeni inkişaf tendensiyası gətirəcəkdir: «Əminəm ki, hər zaman ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən salyanlılar sentyabrın 26-da da fəallıq göstərərək təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər»,

Görüşdə YAP Siyasi Şurasının üzvü, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, dövlətin hüquqi bünövrəsinin möhkəm və sarsılmaz olması onun davamlı və uzunmüddətli mövcudluğunun əsas şərtidir. Buna görə də Azərbaycan Respublikasının Konstitusiyasında müddət keçdikcə dəyişikliklər edilməsi və onun təkmilləşdirilməsi qaçılmaz haldır. Odur ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq referendumu keçiriləcəkdir.

Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq  Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir.

Tədbirdə çıxış edən seçicilər Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv