YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə müşahidəçilərlə treninq-görüş keçirilib

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə təklif olunan dəyişikliklərlə bağlı  ümumxalq səsverməsinə bir neçə gün qalır. Respublikada olduğu kimi, Gəncədə də  referendumun yüksək səviyyədə keçirilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Gəncəlilərin mütəşəkkilliyi, fəallığı şəraitində keçən təbliğat kampaniyası yekunlaşmaq üzrədir.

Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun Gəncə şəhər şöbəsi müşahidəçilərlə treninq-görüş keçirib. Tədbirdə millət vəkilləri, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvləri, müşahidəşilər, partiya fəalları, iştirak ediblər.

Sonda müşahidəçilərin sualları ətraflı cavablandırılıb, onlara müşahidəçi vəsiqələri və müşahidəçi yaddaş kitabçaları təqdim olunub.