YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: İnanırıq ki, Azərbaycan gəncliyi referendumda fəal iştirak edəcək

«Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv iştirak edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gənclərimiz  siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində çox fəaldırlar. Onun sözlərinə görə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

«YAP-ın gənc üzvləri 26 sentyabrda keçiriləcək referendumla əlaqədar təbliğat kampaniyasında aktiv iştirak edirlər. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün də yeni perspektivlər  açır. İnanırıq ki, Azərbaycan gəncliyi referendumda fəal iştirak edəcək»- deyə, S.Orucov vurğulayıb.