YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Nəsimi rayonunun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Nəsimi rayonunun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə sayılan sağlam gəncliyi öz sıralarına qatan Yeni Azərbaycan Partiyası gənclərin inkişaf perspektivlərini həmişə diqqətdə saxlayıb və gəncliyin önündə yeni üfüqlər açıb: "Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir".

Sədr qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ölkəmizdə dövlətçiliyin güclənməsinə, cəmiyyətin və xalqın yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir: "Bugünkü Azərbaycan gənclərinin də başlıca missiyası ölkəmizdə müşahidə olunan müsbət, insanların rifahını yüksəldən, ölkəmizin qüdrətini artıran, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonra da uğurlar qazanmasını təmin etməkdən ibarət olmalıdır".

YAP Nəsimi rayon təşkilatının Şura üzvləri Əvəz Ələkbərov və Əfqan Abdullayev tədbirdə çıxış edərək bildiriblər ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlib.

"Azərbaycan xalqı öz rəhbərinə inanır və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsini birmənalı şəkildə dəstəkləyir"- deyə, natiqlər əlavə ediblər. 

 

DİGƏR Xəbərlər Arxiv