YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupunun Səbail rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

“Yeni Azərbaycan”” referendum üzrə təşviqat qrupunun Səbail rayon şöbəsi ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. F.Muradov deyib ki, bu siyasət Azərbaycan gəncliyinin inkişafı üçün böyük imkanlar açıb. Onun sözlərinə görə, nəzərdə tutulan Konstitusiya islahatları ölkəmizin gələcək inkişafına xidmət edir ki, bu gənclərin də maraqlarına uyğundur.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Konstitusiyasına təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini deyib. O bildirib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyir. S.Orucov Səbail gənclərini 26 sentyabrda fəal olmağa və Referendum Aktına səs verməyə çağırıb.
Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfi olması Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.
Konstitusiyaya təklif edilən dəyişikliklərin günün reallıqlarından irəli gəldiyini bildirən Ş.Hacıyev vurğulayıb ki, bu, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir.
Tədbirdə çıxış edən gənclər Referendum Aktına səs verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv