YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçiriblər

Sentyabrın 26-da keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kompaniyası çərçivəsində “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri  Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçiriblər.

Seçicilərlə görüşü YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq ümumxalq səsverməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, Azərbycan Respublikasının Konstitusiyasına 2009-cu ildə edilən son əlavə və dəyişikliklərdən 7 il keçib: “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müddət ərzində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş, ictimai-siyasi münasibətlər sistemi xeyli təkmilləşmiş, Azərbaycanda azad vətəndaş cəmiyyəti və güclü dövlət quruculuğu sahəsində ciddi addımlar atılmışdır. Bizim sabit inkişaf edən iqtisadi və hüquq sistemimiz Konstitusiyaya söykənir. Bu, o deməkdir ki, dövlətimiz gücləndikcə Konstitusiya normaları səviyyəsində ədalətli iqtisadi münasibətlərin təminatı, sosial ədalət şərtləri, habelə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə əlaqədar Konstitusiyaya yeni əlavə və dəyişikliklərin edilməsinə zərurət yaranır. Bu baxımdan Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər ölkə vətəndaşlarının müzakirəsinə verilməsi də həmin zərurətdən irəli gəlir. Bugünkü yığıncağımızın iştirakçılarının böyük əksəriyyətinə məlumdur ki, mövcud konstitusiyamızın 6 maddəsinə əlavələr edilməsi və 23 maddəsinə isə dəyişikliklər edilməsi nəzərdə tutulur”.

Mirsüleyman Mirxaslı daha sonra seçiciləri sentyabrın 26-da keçiriləcək referendumda yüksək siyasi fəallıq göstərməyə və dəyişikliyə “hə” deməyə çağırıb.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Malik Həsənov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi və sürətli inkişafı, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində atılan addımlar, demokratiyanın sürətlə inkişaf etməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə yaradılmış siyasi sabitlik, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlar barədə danışıb. Bildirib ki, sadalanan faktlar Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirib: “Buna görə də ölkə Perzidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi barədə Sərəncam imzalayıb və həmin layihə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qanunamüvafiq hesab edilib”.

Çıxışının sonunda seçiciləri maraqlandıran sualları cavablandıran Malik Həsənov rayonun bütün seçicilərini 26 sentyabrda daha fəal olmağa, məntəqələrə gələrək referenduma “hə” deməyə dəvət edib.

Tədbirdə Rayon kənd təsərrüfatı idarəsinin baytar həkimi Cavanşir Həsənov, Mərkəzi xəstəxananın həkimi Gülər İsgəndərova, Cəlilabad İncəsənət Məktəbinin direktoru Fərhad Qurbanov və digərləri çıxış edərək 26 sentyabrda keçiriləcək referendumda fəal iştirak edəcəklərini bəyan edərək dəyişikliklərə “hə” deyəcəklərini bildiriblər.