YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun qadın seçicilərlə görüşü keçirildi

Sentyabrın 20-də Şirvanda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı qadın seçicilərlə  görüşü keçirildi.

YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətimizin daha da inkişaf etməsi üçün mühüm şərtdir.  Ona görə də qadınları 26 sentyabrda seçki məntəqələrinə dəvət edərək Konstitusiya islahatlarına səs verməyə çağırırıq.

Görüşdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov bildirdi ki,  bu, zamanın diktəsidir və  biz gecikmədən həmin müsbət dəyişiklikləri həyata keçirməliyik. Xüsusən Konstitusiyanın 29-cu maddəsinə təklif olunan daha bir əlavə sosial ədalət və torpaqlardan səmərəli istifadəni nəzərdə tutur. Belə ki, burada torpaqdan səmərəsiz istifadənin qarşısı alınmaqla ölkədə işgüzarlıq mühitinin artırılması və xüsusən qeyri-neft sektorunun özəyi olan kənd təsərrüfatının inkişafı prioritet məsələ kimi irəli sürülür. Bu norma torpaqların gələcək nəsillər üçün qorunub saxlanılması kimi ciddi bir zərurətdən yaranır. Heç kimə sirr deyil ki, ölkənin torpaq fondu artmır. Amma ən müxtəlif təbii, antropogen və digər təsirlər torpaqların müəyyən hissəsinin ümumi dövriyyədən çıxmasına səbəb olur. Buraya iri torpaq mülkiyyətçiləri tərəfindən min hektarlarla torpaq sahələrinin istifadəsiz saxlanmasını, bir sıra hallarda müxtəlif yollarla torpaqlardan istifadə qaydalarının pozulmasını, torpaqlardan təyinatından kənar məqsədlərlə istifadə olunması hallarının artmasını da əlavə etsək, problemin ciddiliyini başa düşmək olar. Təklif edilən normanın seçicilər tərəfindən dəstəklənməsi bu sahədə etibarlı Konstitusiya nəzarətinin yaranmasına səbəb olardı.

Görüşdə çıxış edən qadın seçicilər təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək  Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədilər. Onlar bildirdilər ki, bu gün Azərbaycan  dövləti inkişaf edir, sivil dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Bu səbəblərdən də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişikliklərə yekdilliklə səs verəcəklər.