YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin üzvü: Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir

Azərbaycan Avropa İttifaqı üçün vacib, münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir.

Bu fikri sentyabrın 20-də Milli Məclisdə keçirdiyi brifinqdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Sayyad Kərim bildirib.

S.Kərim Azərbaycan parlamentində bir sıra görüşlər keçirildiyini, bu kimi müzakirələrin baş tutması üçün parlament platformasında ünsiyyətin təbii hal olduğunu söyləyib.

“Parlamentlər arasında olan ortaq dəyərlər, həmçinin uzunmüddətli münasibətlər hamımızın inandığı məsələdir. Avropa İttifaqı üçün Azərbaycan mühüm, münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir”, - deyə Avropa Parlamentinin üzvü bildirib.

O vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin möhkəmləndirilməsi üçün kifayət qədər zəmin var: “İndiyədək şahidi olduğumuz ünsiyyətdən bizim üçün aydın bir məqam var ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin edilsin”.