YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri qəsəbəsində seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Biləcəri  seçiciləri ilə görüş keçirib. 

Görüşdə çıxış edən referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Binəqədi rayon şöbəsinin, rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkili, MM-in deputatı Kamaləddin Qafarov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək: "Təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi və s. ibarətdir. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib".

Görüşdə çıxış edən Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov son illər ərzində ölkəmizin bütün sahələrində əldə edilən uğurlara nəzər salaraq, bu uğurların düşünülmüş siyasi strategiyanın nəticəsi olduğunu bildirib. O, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatların, ölkəmizin dünya miqyasında artan nüfuzunun, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurların davamlı olması üçün seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə  səs verməyə çağırıb.

Görüşun sonunda çıxış edən seçicilər bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcəklərini və  referenduma "HƏ" deyərək, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini bildiriblər.