YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq səsverməsi ilə əlaqədar Şəmkir rayonunun Aşağı Seyfəli kəndində seçicilərlə növbəti görüş keçirilib

Sentyabrın 20-də bu ilin 26 sentyabrında keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Şəmkir rayonunun Aşağı Seyfəli kəndində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə giriş nitqi ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O bildirib ki, Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: "Ölkənin bütün qanunvericilik bazasının Konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarixi zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir".

Fəxrəddin Vəliyev çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə,əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən millət vəkili Sona Əliyeva Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib.

Görüşdə Aşağı Seyfəli Bələdiyyəsinin sədri Qalib Əhmədov, Yuxarı Seyfəli Bələdiyyəsinin sədri Elxan Hüseynov, Abbaslı kənd 2 saylı tam orta məktəbin direktoru Kübra Musayeva çıxış edərək Konstitusiya islahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək vətəndaşlarımızın suveren hüququ olduğunu bildirdilər. Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söylədilər.