YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu Yasamal rayon şöbəsində keçirilən növbəti görüşün iştirakçıları ilk dəfə səsverəcək gənclər oldu

Ümumxalq səverməsinə hazırlığın təbliğat mərhələsi üzrə seçicilərlə görüşlərini mütəşəkkilliklə davam etdirən  «Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupu Yasamal rayon şöbəsində keçirilən  növbəti  görüşün iştirakçıları ilk dəfə səsverəcək gənclər idi.

 Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğuladı ki,   Konstitusiya dəyişiklikləri ilə  Azərbaycanın  müasir inkişaf tarixi yazılır:

- Konstitusiyamızda olunan dəyişikliklər  zamanın tələbi olmaqla qanunlarımızın  dinamik inkişafının bu günki tələbinə uyğun təkmilləşdirilməsidir. Yeniliklər, nəzərdə tutulan əlavələr  Dövlət Proqramlarının daha  çevik, səmərəli tətbiqinin elmi əsaslara uyğun təkmilləşdirilməsinə yönəldilir.

 Tağı Əhmədov Konstitusiya islahatları barədə  məlumat verərək gənclərin  ölkənin ictimai-siyasi həyatında  daha fəal iştirakını təmin edəcək yaş senzi ilə  əlaqədar  yeniliyi dövlətin gənclər siyasətinin  davamı  kimi dəyərləndirdi.

 Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin professoru Rasim Nəbiyev çıxışında   dəyişiklikləri  iqtisadi baxımdan izah edərək yeniliklərin  əhəmiyyəti barədə danışdı,  mülkiyyətlə bağlı nəzərdə tutulan sosial yönümlü əlavələri insan amilinə  diqqət və qayğı nümunəsi adlandırdı.

 YAP  Siyasi Şurasının üzvü, partiyanın  Gənclər Birliyinin sədri Seymur Orucov ilk dəfə səs verəcək gəncləri  konstitusion hüquqlarından istifadə etməyə çağırdı.  Konstitusiyaya  olunan dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə  açıqlama verən  Seymur Orucov 2009-cu ildə keçirilən referendumdan sonra  Azərbaycanın həyatında baş verən yeniliklərdən, qazanılan uğurlardan,  ölkəmizin milli müdafiəsinin daha etibarlı təminatı üçün ordu quruculuğu sahəsində  aparılan islahatlardan,  gənclərin seçib, seçilməsi üçün nəzərdə tutulan yeniliklərdən,  idarəetmə sisteminin təkmilləşdirilməsinə  yönələn vitse-prezidentlik institutunun  verəcəyi səmərədən ətraflı danışdı. Bildirdi ki, təbliğat kampaniyasına «Həmrəy olaq, «HƏ» deyək çağırış ilə bağlayan «Yeni Azərbaycan» təşviqat qrupunun hər bir üzvü ilə birlik nümayiş etdirən gənclər 26 sentyabrda seçki məntəqələrinə  gəlməklə  daha qüdrətli Azərbaycan  naminə  vətəndaşlıq mövqelərini Konstitusiyamıza olunan dəyişiklikləri dəstəkləməklə nümayiş etdirəcəklər.  

DİGƏR Xəbərlər Arxiv