YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Xızıda rayon fəalları ilə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xızıda rayon fəalları ilə görüş keçirib. 

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri iştirak ediblər.   

Görüşdə ilk çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev seçicilələrə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-Referendumla əlaqədar məlumat verib. YAP rayon təşkilatının sədri Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının, ləyaqətinin qorunması istiqamətində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafına hesablanıb. F.Haqverdiyev seçiciləri xalqımızın, eləcə də dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırıb.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Bəhruz Quliyev qeyd edib ki, nəzərdə tutulan Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək: "Konstitusiyanın dəyişiklik edilməsi nəzərdə tutulan maddələrinə nəzər saldıqda bunu daha aydın görmək olar. Bu gün dünyanın ən mühüm problemlərindən biri məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, Dövlət Proqramları qəbul edilib. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına, eləcə də vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərəcək".

Daha sonra çıxış edən Qadınlar şurasının sədri Jalə Süleymanova, Gənclər Birliyinin sədri Namiq Cəfərov, Əlil Qadınlar təşkilatının Xızı rayon şöbəsinin sədri Həcər Mahmudova və Rayon Qadınlar Şurasının sədr müavini Xatirə Həşimzadə qeyd ediblər ki, Konstitusiya islahatları ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq.

 

DİGƏR Xəbərlər Arxiv