YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsən şəhərində “Yeni Azərbaycan” təşviqat qrupu ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Daşkəsən şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşdə çıxış edən millət vəkili Rövşən Rzayev gənclərə Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. O bildirib ki, Referendum Aktında yer alan müddəlar içərisində yaş həddinin aşağı salınması ölkəmizdə gənclərə göstərilən diqqətin bariz nümuanəsidir. Onun sözlərinə görə, konstitusiya islahatları dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə mühüm əhəmiyyətə malikdir.

Millət vəkili bütün seçiciləri eləcə də gəncləri səsvermə günü məntəqələrə gələrək dəyişiklikləri dəstəkləməyə dəvət edib.     

Görüşdə çıxış edən gənclər təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini və 26 sentyabr 2016-cı il tarixdə seçki məntəqələrinə gələrək “hə” deyəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv