YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşəbbüs qrupunun nümayəndələrinin Qazax rayonunda seçicilərlə görüşündə Konstitusiya islahatlarına yüksək dəstək ifadə olunub

Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupunun Qazax rayon şöbəsi seçicilərlə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının professoru Məmməd Yusifov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri Barat Alıyev və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Qazax rayon təşkilatının sdəri Həmid Pənahov seçicilərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. H.Pənahov bildirib ki, 1995-ci il noyabrın 12-də keçirilən referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub: “Ötən zaman ərzində ölkənin bütün sahələrində bir sıra dəyişikliklər baş vermiş, köklü islahatlar həyata keçirilmişdir. Son illərdə ölkəmizin keçdiyi inkişaf yolu Azərbaycanın hüquq sisteminin əsasını təşkil edən Əsas Qanuna yeni dövrün tələbləri ilə səsləşən bir sıra əlavə və dəyişkiliklərin edilməsini zərurətə çevirib. Bu isə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafından xəbər verir. Hesab edirik ki, referendum seçkiləri günü Azərbaycan xalqı yenilikləri dəstəkləyən Konstitusiya Aktının qəbul olunmasında öz sözünü deyərək, uğurlu gələcəyə səs verəcək”.

Çıxış edən Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Məmməd Yusifov Qazax rayon təhsil işçilərinin 18 iyul 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Konstitusiyada növbəti dəfə dəyişikliklər edilməsini nəzərdə tutan Referendum Aktı layihəsinin imzalanmasını müsbət qiymətləndirdiklərini dilə gətirib.

Daha sonra çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini dilə gətiriblər.