YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun İsmayıllı rayon şöbəsi seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun İsmayıllı rayon şöbəsi seçicilərlə görüş keçirib. 

Görüşdə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı, Hüquq elmləri doktoru Əmir Əliyev, rayon ziyalıları, gənclər və başqaları iştirak ediblər.

Görüşdə ilk çıxış edən  YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova seçicilərə sentyabrın 26-da ölkəmizdə keçiriləcək Ümumxalq səsverməsi-referendum haqqında məlumat verib. O bildirib ki, keçirilməsinə sayılı günlər qalan ümnumxalq səsverməsi həm ölkəmizin, həm də xalqımızın gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir: "Referendum aktında yer alan müddəlar işıqlı gələcəyimizə istiqamətlənib. Bütün seçicilləri səsvermə günü fəal olub, gələcəyimiz naminə səsverməyə dəvət edirəm".  

Daha sonra çıxış edən  Əmir Əliyev seçicilərlə təklif olunan əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verərək söyləyib ki, Referendum Aktında yer alan müddəların əksəriyyətində vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması ilə bağlı məsələlər yer alıb: "Hesab edirəm ki, bu, hər birimiz üçün çox önəmlidir. Bütün seçicilələri Referendum Aktına "HƏ" deməyə çağırıram". 

Tədbirdə çıxış edən seçicilər sözügedən yenilikləri dəstəklədiklərini və səsvermə günü Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər. 

 

DİGƏR Xəbərlər Arxiv