YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu təbliğat kampaniyası çərçivəsində Ağstafa rayonunda seçicilərlə görüş keçirdi

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu təbliğat kampaniyası çərçivəsində Ağstafa rayonunda seçicilərlə görüş keçirdi.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında keçirilən görüşdə Milli Məclisin deputatı Nizami Cəfərov, YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov, ziyalılar, ağsaqqallar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq respublikamızın mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirdi. O çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklər edilməsi müasir dövrümüzün inkişaf prespektivlərini müəyyənləşdirir.  Azərbaycanın və regionların sürətli tərəqqisi hər sahədə özünü göstərir. Bu nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlardır.

Sonra Milli Məclisin deputatı Nizami Cəfərov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərin hər birininin mahiyyəti barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, bu dəyişikliklə Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq. Çıxışının sonunda o seçiciləri Prezidentimizin ətrafında sıx birləşməklə, 26 sentyabr referenduma gələrək “Hə deyək” devizinə dəstək olmağa səslədi.

YAP Ağstafa rayon təşkilatının sədr müavini Elmar Kərimov, rayon Ağsaqqallar Şurasının sədr müavini Fərhad Əliyev, Ağstafa şəhər 1 saylı orta məktəbin direktoru Sahilə Xəlilova, rayon  ağsaqqalı Babanlı Baba, rayon Gənclər və İdman idarəsinin rəis müavini Kamilə Zamanova və başqaları çıxış edərək 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini bildirdilər və seçki məntəqələrinə gələrək “hə” deyəcəklərini vurğuladılar.