YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Balakən rayon təşkilatının inzibati binasında qadın fəallarla görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Konstisusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat –təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında rayonun qadın fəalları ilə görüş keçirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nəsib Məhəməliyev, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası,Tarix institunun direktoru Yaqub Mahmudov, “Yeni Azərbaycan” təşviqat qrupu Balakən rayon qərargahının sədri Azad Balayev iştirak ediblər.

Görüşü giriş sözüi ilə açan Azad Balayev Konstitusiyaya edilən təklif edilən əlavə və dəyişikliklərin sosial sifariş olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirərək, bütün qadınları səsvermə günü həmrəy olub, dövlətçiliyimizin inkişafına naminə səsverməyə dəvət edib.

Görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Nəsib Məhəməliyev ölkə Konstitusiyasının yaranma tarixindən, o vaxtdan bu günə qədər aparılan islahatlarından bəhs edib. Millət vəkili, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin 15 maddəsinin - təqribən 60 faizi insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu baxımdan bütün seçiciləri, xüsusilə də fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi-referendumda fəal olub, Referendum Aktı layihəsinə səsverməyə dəvət edirəm". 

Görüşdə çıxş edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix institunun direktoru Yaqub Mahmudov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər: "Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdıraraq ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır".

Çıxış edən rayonun fəal qadınları sentyabrın 26-da seçkilərdə, öz gələcəyinin inkişafına dəstək olaraq, ümumxalq səsverməsində hamılıqla "Həmrəy olaq, "HƏ" deyək" devizini dəstəkləyəcəklərini qeyd ediblər.