YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Xəzər rayonunda görüşündə qadın seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və bu islahatların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xəzər rayonunda qadın seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar şurasının sədri Pərvanə Hacıyeva qadın seçicilərə sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi- referendumum əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər bir çox istiqamətləri əhatə edir: " Referendum Aktında ölkəmizin təhlükəsizliyi, insan hüuquq və azadlıqlarəının qorunması və digər müddəlar yer alıb. Bütün bunlar dövlətimizin eləcə də  dövlətçiliyimizin inkişafı üçün mühüm məqamlardır. Təklif olunan yeniliklərin hər biri ölkəmizin gələcək inkişafına istiqamətlənib. Biz öz gələcəyimiz naminə səs verməliyik. Sentyabrın 26-da bütün qadın seçicilərimizi səvermədə aktiv iştirak etməyə dəvət edirəm".

Daha sonra çıxış edənlərdən Vəfa Seyidova və başqaları Konstitusiya islahatlarını dəstəklədiklərini  və bu islahatların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Çıxış edən qadın seçicilər təklif olunan əlavə və dəyişikliklər haqqında məlumatlı olduqlarını və səsvermə günü seçkidə fəal olub Referenduma  "HƏ" deyəcəklərini bildiriblər.