YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndələri Goranboyda qadın seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı Goranboyda qadın seçicilərlə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri YAP rayon təşkilatının sədri Elçin İsmayılov, YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova, YAP Goranboy rayonunun Qadınlar Şurasının sədri Zülfiyyə Qarayeva və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova  iştirakçılara 26 sentyabrda keçiriləcək Referendumun mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, Referendum Aktı hazırda rayon seçiciləri arasında geniş müzakirə obyektinə çevrilib.

Ə. Haşımova qadın seçicilərinə Referendum Aktında yer alan bütün dəyişikliklər- ölkəmizdə insan hüquqları və azadlıqların qorunmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, Prezidentlik müddətinin 5 ildən 7il müddətinə artırılması və aşağı yaş senzinin götürülməsi barədə geniş izahat verib.

Tədbirdə YAP Goranboy rayonunun Qadınlar Şurasının sədri Zülfiyyə Qarayeva çıxış edərək qeyd edib ki, Qadın seçicillər Dövlət başçısı İlham Əliyevin bütün təşəbbüslərini  dəstəkləyir: "Biz qadınlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına “HƏ” deyəcəyik".

Rayonun YAP Qadınlar Şurasının üzvü Kəmalə Axundova, Ülkər Hümbətova çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyindən danışaraq, qeyd ediblər ki, Goranboy qadınları hər seçkidə olduğu kimi bu seçkidə də öz fəallıqlarını nümayiş etdirərək sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiya islahatlarına “HƏ” deyəcəklər.

Yekunda “Yeni Azərbaycan” təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri YAP rayon təşkilatının sədri Elçin İsmayılov Referendum Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı öz izahat və tövsiyyələrini verib.