YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Ağdaş rayonunun Türyançay qəsəbəsində qadın seçicilərlə görüş keçirib

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Ağdaş rayonunun Türyançay qəsəbəsində qadın seçicilərlə görüş keçirib.

Görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva açaraq qadın seçicilərə sentyabr ayının 26-na təyin olunmuş ümumxalq səsverməsi və bu səsverməni zəruri edən səbəblər haqqında ətraflı məlumat verib.

Qadın seçicilərlə görüşdə millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək saylı günlər sonra keçiriləcək  Referendumda 23 maddəyə dəyişiklik və 6 maddənin əlavə edilməsi, təklif olunan əlavə və dəyişikliklərin üçdə ikisinin insan hüquq və azadlıqları ilə əlaqədar olduğunu görüş iştirakçlarının diqqətinə çatdırıb. Millət vəkili Cavid Osmanov hər zaman olduğu kimi 26 sentyabrda keçiriləcək Referendumda ağdaşlı qadınların yaxından iştirak edəcəyini əminliklə qeyd edib.

Görüş iştirakçıları adından çıxış edənlər - Şəhla Hacıbalayeva, Sədaqət Mustafayeva, Gülnarə Dadaşova, Vüsalə İsayeva və Dilarə Manafova Referendum Aktı layihəsi ilə yaxından tanış olduqlarını və Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Onlar bildiriblər ki, ağdaşlı qadınlar digər siyasi kampaniyalarda olduğu kimi 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində yaxından iştirak edərək, təklif olunan əlavə və dəyişikliklərə “HƏ” deyəcəklər.