YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Xocalı rayon şöbəsi seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Xocalı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Xocalı rayon şöbəsinin rəhbəri Vahid Əliyev Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərldə bağlı ətraflı məlumat verib.

O qeyd edib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töhfələr verməsi baxımından zəruridir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir”.

Ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkkillik, coşqu və iradə nümayiş etdirən xocalılı seçicilərin bu siyasi kampaniyada da fəallıq göstərəcəklərinə əminliyini ifadə edən Vahid Əliyev bütün seçiciləri təbliğat kampaniyasında aktiv iştirak etməyə səsləyib. Sonra çıxış edən YAP Xocalı rayon təşkilatının sədr müavini Ceyhun İbişov deyib ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. O, əmin olduğunu bildirib ki, xocalılı seçicilər sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklər.