YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın neft-qaz sektoruna xarici sərmayələr 70 milyard dollara çatır

1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində nəşr edilən məqaləsində deyib.

R.Abdullayev bildirib ki, hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir: "Eyni zamanda SOCAR-ın təsisçilyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında “BP”, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər var".

SOCAR prezidenti qeyd edib ki, yeni neft strategiyası çərçivəsində xarici tərəfdaşlarla birlikdə qazanılan nailiyyətlər haqqında çox danışmaq olar: "Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə ikiölçülü və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılıb, nəticələr ümumiləşdirilib və modelləşdirilib. Dənizdə və quruda 30-dan artıq sahədə axtarış kəşfiyyat qazması işləri yerinə yetirilib. Ən əsası isə milli neft-qaz mütəxəssislərimiz zəngin təcrübə toplayıb, SOCAR müasir standartlara cavab verən, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə malik çevik və modern bir şirkətə çevrilib. Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər şirkətimizin həyata keçirdiyi layihələrdə mühüm rol oynayır".