YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. F.Vəliyev bu prosesdə Şəmkir rayon qadınlarını da fəal olmağa çağırıb.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. Sahibə Qafarova bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan Sahibə Qafarova bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq.

Çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən geniş bəhs edib. Sona Əliyeva bununla yanaşı, Azərbaycan dövlətinin qadın siyasətindən, həmçinin qadınların ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan da danışıb. Qeyd edib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. O, sonda seçiciləri bir daha ümumxalq səsverməsində fəal olmağa çağırıb. 

Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nüşabə Seyidova, Şəmkir rayonu Kür qəsəbə Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova, Şəmkir Qadın Resurs Mərkəzi İctimai Birliyinin sədri Səbinə Hüseynova, Şəmkir rayonu Düyərli kənd 2 saylı tam orta məktəbin müəlliməsi İlhamə İbrahimova və digərləri də qeyd ediblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Əminliklə vurğulanıb ki, onlar bütün seçkilərdə olduğu kimi, 26 sentyabr tarixində keçiriləcək referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə “HƏ” deyəcəklər.