YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB-nin 25 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 28-29-da Belarusun paytaxtında “Müstəqil Dövlətlər Birliyinin 25 ili: nəticələr və perspektivlər” beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə  MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.

Tədbir Belarus Milli Elmlər Akademiyasının (MEA) binasında plenar iclasla başlayacaq. Bundan sonra konfrans aşağıdakı bölmələrdə davam etdiriləcək: “İqtisadi qarşılıqlı əlaqə və MDB üzv dövlətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi” (Belarus MEA-nın İqtisadiyyat İnstitutu); “Elm və MDB üzv dövlətlərinin innovasiya əməkdaşlığı” (Belarus MEA); “MDB üzv dövlətlərinin mədəniyyət, turizm, idman və gənclər siyasəti sahələrində qarşılıqlı əlaqələri” (Belarus Dövlət Universiteti); “MDB üzv dövlətlərinin təhlükəsizlik, cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahələrində qarşılıqlı əlaqələri” (Belarus Daxili İşlər Nazirliyinin Akademiyası).

Konfransda Birlik ölkələrinin təmsilçiləri, sahə əməkdaşlığı, elm və təhsil müəssisələrinin - MDB dövlətlərinin baza təşkilatlarının, milli elmlər akademiyalarının, beynəlxalq və ictimai qurumların, regional birliklərin nümayəndələri iştirak edəcəklər.

Tədbir çərçivəsində Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının intellektual mülkiyyətin qorunması və texnologiyaların verilməsi məsələləri üzrə Məsləhət Şurasının iclası olacaq.