YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: SOCAR Çin şirkətlərinin Neft-Qaz emalı və Neft-Kimya Kompleksi layihəsində iştirakında maraqlıdır

SOCAR Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNKK) tikintisini maliyyələşdirmək, eləcə də layihədə səhmdar kimi iştirak etmək üçün Çin şirkətləri və banklarına təklif verib.

Bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, hazırda bu təkliflər üzərində iş aparılır. Bu layihə üzrə Çin “Eximbank”ı, digər bankları və Çin Milli Neft Korporasiyası (CNPC) ilə birgə işlər görülür. Çin şirkətləri bu layihədə 50 faizədək payla səhmdar kimi iştirak edə bilər. Layihənin maliyyələşdirilməsini isə Çin dövlət “Eximbank”ı və Çin Bankının birgə həyata keçirməsi mümkündür.