YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı Xızı rayon qadınları ilə görüşü keçirilib

"Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Xızı rayon qadınları ilə görüşü keçirilib. 

Görüşü Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı Tahir Süleymanov Prezident İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçiriləcəyini bildirib.

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Ali qanunvericilik bazamız olan Konstitusiyamızın 1995-ci ilin 12 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildiyini vurğulayıb: "Ötən müddət ərzində Konstitusiyaya 2002-ci və 2009-cu illərdə 2 dəfə əlavə və dəyişikliklər edilib. Ölkəmizdə qüvvədə olan bütün qanunvericilik bazası ali qanunlar toplusu olan ölkə Konstitusiyasına əsaslanır. Bu baxımdan, Konstitusiyanın təkmilləşdirilməsinə zərurət yaranıb".

Qadınlar şurasının sədr müavini Svetlana Rüstəmova vurğulayıb ki, vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin inkişafı, parlaq gələcəyi naminə və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək konstitusiyada edilən dəyişikliklərə “Hə” deyəcəklər.