YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün bütün respublika üzrə müşahidə ilə əlaqədar ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bır sıra prosedurlar bu gün başa çatır.

Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, sentyabrın 16-da bütün respublika üzrə müşahidə ilə əlaqədar ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır.

Bu gün həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi vaxtı başa çatır.