YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatının sammitində təmsil olunur

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII sammiti Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlayıb. Azərbaycanı sammitdə Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

XİN-nin mətbuat xidmətindən bildirilib ki, sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.

Venesuelada keçirilən sammitin gündəliyində ölkəmiz üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır. Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib. Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Bakıda təşkili barədə qərarın qəbul olunması gözlənilir.

Nazir E. Məmmədyarov sammitin rəyasət heyətinin sədr müavini seçilib və plenar iclasa sədrlik edib. O, zirvə görüşündə geniş nitqlə çıxış edəcək.

Sammitə sentyabrın 18-də yekun vurulacaq.

 

DİGƏR Xəbərlər Arxiv