YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Referendumun təbliğat-təşviqat kompaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupu Cəlilabadın qadın seçiciləri ilə görüş keçirib

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumun təbliğat-təşviqat kompaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupu Cəlilabadın qadın seçiciləri ilə görüş keçirib. 

Görüşdə Milli Məclisin deputatı Malik Həsənov və Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd edib ki, Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir: "Ali qanun özündə cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə yanaşı, həm vətəndaş hüquqlarını əks etdirir, həm də ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu mənada Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. Konstitusiya da digər qanunlar kimi daima inkişafda olmalıdır. Yəni cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması, Konstitusiyada islahatların aparılamasını zəruri edir. Bu baxımdan son 13 ildə Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial, iqtisadi, siyasi inkişafı sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərin aparılmasına zərurət yaradıb. Buna görə də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” referendum aktı qəbul edilib".

Görüşdə iştirak edən millət vəkili Malik Həsənov seçicilər qarşısında çıxış edərək qeyd edib ki, ölkəmizdə qadınlara dövlət tərəfindən daima diqqət və qayğı göstərilir: "Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər və şaxələndirilmiş islahatlar Azərbaycanın və xalqımızın, o cümlədən qadınlarımızın uğurlu gələcəyinə istiqamətlənib. Bu baxımdan ölkə başçısının “Azərbaycan Respulikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respulikasının Referendum aktının layihəsini geniş şəkildə cəmiyyətin müzakirəsinə təqdim etməsi də ölkəmizdə bundan sonrakı dövrdə daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlir".

Millət vəkili Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin ayrı-ayrı müddəalarını qadın seçicilərə ətraflı izah edərək, sənəddə yer alan müddəaların ölkə əhalisinin daha firavan yaşamasına xidmət edəcəyini diqqətə çatdırıb. O, əvvəlki seçki və referendumlarda Cəlilabadlı seçicilərin, xüsusilədə qadınların həmişə yüksək siyasi fəallıq göstərdiklərini qeyd edərək, tədbir iştirakçılarını referendumda fəal iştirak etməyə və mühüm sənədə “HƏ” deməyə çağırıb.

Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, YAP Cəlilabad rayon təşkilatı Qadınlar Şurasının sədri Fərqanə Məmmədova, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Gülbəniz Məmmədova, Cəlilabad şəhər 7 saylı tam orta məktəbin müəllimi Yeganə Rzayeva, Cəlilabad şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Əliyeva, Göytəpə şəhər 2 saylı uşaq bağçasının müdiri Xanım Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Aytəkin Əliyeva, Cəlilabad şəhər Rəsm qalereyasının əməkdaşı Təranə Nəzərova və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma “HƏ” deyəcəklərini bəyan ediblər. Onlar bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza “HƏ” deməyə çağırıblar.

 

DİGƏR Xəbərlər Arxiv