YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatınının qərərgahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı  Yeni Azərbaycan  Partiyası   Xətai  rayon təşkilatında  ilk dəfə  səs verəcək  gənc seçicilərlə   görüş keçirib.

Görüşü  giriş sözü ilə   Milli Məclisin  deputatı, “Yeni Azərbaycan “ təşviqat qrupunun səlahiyyətli nümayəndəsi  Hüseynbala  Mirələmov açdı. O,  bildirdi ki,  tədbirin məqsədi referendumla bağlı   ilk dəfə səs verəcək seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.

Çıxış edənlər, BDU-nun  Konstutsiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəssəfə doktoru Nəsib Şükürov,   Yeni Azərbaycan  Partiyası  Gənclər  Birliyinin sədri  Seymur  Orucov,  Yeni Azərbaycan Partiyası  Xəta rayon təşkilatının   sədr müavini Yeganə  Qurbanova Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına  ətraflı məlumat verdilər.  

Sonda  tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.