YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Laçın rayonundan ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-Referendumla bağlı Laçın rayonundan olan ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. 

Görüşdə tədbirdə millət vəkili  Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri Xaliq Musayev, YAP Laçın GB-nin sədri Vüsal Həsənovvə digərləri iştirak ediblər. 

Görüşdə ilk çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri  Xaliq Musayev ilk dəfə səs verəcək gənclərə Referendum Aktında yer alan müddəaların əhəmiyyətindən danışıb.  O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər həm ölkəmiz, həm də xalqımızın gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir: "Təklif olunan dəyişikliklər gənclərimizin gələcək həyatında böyük əhəmiyyətə malik olacaq. Belə ki, Milli Məclisə üzv seçilmək üçün yaş həddinin aşağı salınması ölkəmizdə gənclərə göstərilən xüsuqi diqqətin göstəricisidir. Bu dəyişikliklərə əsasən, parlamentimizdə təmsil olunan gənclərin sayı artacaq. Bu baxımdan bütün gəncləri sentyabrın 26-da fəal olub Referenduma səsverməyə dəvət edirəm".

Daha sonra çıxış edən millət vəkili Mahir Abbaszadə bildirib ki, təklif olunan dəyişikliklər zərurətdən yaranıb: "Ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf yeniliklər üçün zəmin yaradır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin daha da inkişafına istiqamətlənib. Hər kəs gələcəyini düşünərək səsvermədə aktiv olmalıdır".  

Rayonun Gənclər Birliyinin sədri Vüsal Həsənov çıxışı zamanı ölkəmizdə gənclərlə göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, Referendum Aktında yer alan müddəalarda gənclərə yer ayrılması sevindirici haldır: "Biz gənclər səsvermə günü məntəqələrə gəlib, gələcəyimiz naminə səs verəcəyik".

 Görüşdə çıxış edən gənclər Referendum Aktını dəstəklədiklərini bildiriblər.