YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompyuter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompyuter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.

Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.