YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanlılar Konstitusiya dəyişikliklərinə «hə» deyəcəklər

Beyləqanda  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı həm ilk dəfə səs verən seçicilərlə, həm də ənənəvi seçicilərlə ayrı-ayrılıqda görüşləri keçirildi.

Hər iki görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirdi ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da sürətlənməsinə yardım edəcəkdir: «Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni, təqdim olunan Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib və yeni inkişaflara hüquqi əsaslar yaradacaqdır»

Görüşlərdə çıxış edən  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi,  Milli Məclisin deputatı Şahin İsmayılov bildirdi ki, Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac, ilk növbədə, cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq göstərən sürətli inkişafdan irəli gəlir: «Bir sözlə, həm daxili, həm də beynəlxalq aləmdə xeyli səbəblər toplusu vardır ki, bunlar geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Mən deyərdim ki, həmin dəyişkliklərin reallaşmaması, hətta gecikməyə yol verilməsi ölkəmizin inkişaf perspektivini əngəlləyə bilər.»

Ş. İsmayılov vurğuladı ki, dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Məhz Prezident İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır. Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Aydınca görünür ki, Konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır.

Şahin İsmayılov seçiciləri daha fəal olmağa və Konstitusiya dəyişikliklərini  dəstəkləməyə səslədi. O əmin olduğunu bildirdi ki. beyləqanlılar Konistitusiya islahatlarına yekdilliklə «hə» deyəcəklər.

Görüşlərdə çıxış edən seçicilər də Ryfət Ələkbərli, Gülbəniz Cəfərova və başqaları təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək  Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədilər.

 

DİGƏR Xəbərlər Arxiv