YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Nailiyyətlər bütün sahələri əhatə edir

«Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

 S.Hüseynova bildirib ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır.

«Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir. Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır. Ona görə də, bu mühüm məqamlar, əlavə və dəyişikliklər referendum vasitəsilə reallaşdırılır. Sentyabrın 26-da  keçiriləcək ümumxalq səsverməsinin də əsas mahiyyəti bundan ibarətdir. Görüşlərimiz zamanı görürük ki, insanların referendum aktına münasibəti olduqca müsbətdir. Xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir»- deyə, deputat vurğulayıb.