YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunun gəncləri Referendum Aktı layihəsini dəstəkləyirlər

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar  “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri Qazax rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçiriblər.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının və “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Qazax rayon şöbəsinin sədri Həmid Pənahov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə seçiciləri məlumatlandırıb. H.Pənahov bildirib ki, 1995-ci il noyabrın 12-də keçirilən referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub: “Ötən zaman ərzində ölkənin bütün sahələrində bir sıra dəyişikliklər baş vermiş, köklü islahatlar həyata keçirilmişdir. Son illərdə ölkəmizin keçdiyi inkişaf yolu Azərbaycanın hüquq sisteminin əsasını təşkil edən Əsas Qanuna yeni dövrün tələbləri ilə səsləşən bir sıra əlavə və dəyişkiliklərin edilməsini zərurətə çevirib. Bu isə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafından xəbər verir. Hesab edirik ki, referendum seçkiləri günü Azərbaycan xalqı yenilikləri dəstəkləyən Konstitusiya Aktının qəbul olunmasında öz sözünü deyərək, uğurlu gələcəyə səs verəcək”.

Çıxış edən Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Məmməd Yusifov Qazax rayon təhsil işçilərinin 18 iyul 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Konstitusiyada növbəti dəfə dəyişikliklər edilməsini nəzərdə tutan Referendum Aktı layihəsinin imzalanmasını müsbət qiymətləndirdiklərini dilə gətirib.

Daha sonra YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil”  qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac ilk öncə ölkənin sürətli inkişafından irəli gəlir: “Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hamısı birmənalı olaraq vətəndaşlarımızın mənafelərinin qorunmasına xidmət edir. Bu baxımdan da hesab edirəm ki, seçicilərimiz bir sıra təkliflərin üzərində müqayisəli təhlil aparsalar daha məqsədəuyğun olar. Təklif edilən müddəaların bir çoxu vətəndaşların hüquq və azadlıqlarının  qorunmasına yönəlik olduğundan növbəti referendumu da dövlətimizin apardığı düşünülmüş siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Düşünürəm ki, uğurlu gələcəyin təminatçıları olan gənclərimiz öz doğru seçimlərini edərək sentyabrın 26-da keçiriləcək referendumda mütəşəkilliklə iştirak edəcəklər”.

Milli Məclisin deputatı Kamran Nəbizadə çıxışında Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyinə şübhə etmədiklərini vurğulayıb. Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcəkdir.

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisi Firdovsi Umudov Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə referendumun keçirilməsinin vacib olduğunu  qeyd edərək, ilk dəfə səs verəcək gəncləri seçki günü fəal olmağa çağırıb.

İlk dəfə səs verəcək gənclərdən Nicat Məmmədov, Abuhəyat Əfəndi, hərbiçi Kamil Musəvi çıxış edərək həmyaşıdlarını 26 sentyabr 2016-cı il tarixində keçiriləcək referendumda seçki məntəqələrinə  gedərək Konstitusiyaya təklif olunan əlavə və dəyişiklərə “hə” deməyə çağırıblar.

 

 

DİGƏR Xəbərlər Arxiv