YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Batumidə Ukrayna, Gürcüstan, Qazaxıstan və Azərbaycanı Böyük İpək Yolunda birləşdirən sənəd imzalanıb

Ukrayna və Gürcüstan hökumətlərinin nümayəndələri Batumidə keçirilən Beynəlxalq Dəniz Forumu çərçivəsində hər iki ölkənin dəniz limanı vasitəsilə birbaşa beynəlxalq dəmir yolu-bərə yollarının təşkili haqqında saziş imzalayıb. Bu, nəqliyyat sahəsində Ukrayna-Gürcüstan dövlətlərarası beynəlxalq əlaqələrin inkişafına və fəallaşdırılmasına kömək edəcək.

Saziş Ukrayna, Gürcüstan, Qazaxıstan və Azərbaycanı Böyük İpək Yolunda birləşdirən mühüm sənəddir. Bu təşəbbüs böyük perspektivə malikdir. Məlumatda bildirilir ki, ölkələrimiz logistikanı sadələşdirmək, nəqliyyatı daha ucuz etmək, ən başlıcası isə malların çatdırılma sürətini artırmaq və bununla da biznes üçün maksimim komfort yaratmaq üçün böyük qüvvə sərf ediblər.

Hazırda bazar iştirakçıları üçün yüklərin çatdırılma sürəti çatdırılmanın qiymətindən daha çox önəm daşıyır və malların iki-üç ay deyil, 9-15 gün ərzində çatdırılması üçün bütün şirkətlər əlavə xərclər ödəməyə hazırdırlar. Nazirliyin məlumatında qeyd edilir ki, Ukrayna malların Çindən gətirilməsini 9-10 sutkayadək azaltmaq vəzifəsini qarşısına qoyub.

Ukrayna 2016-cı ilin sonunadək Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələri ilə danışıqlar əsnasında daşımalarda birbaşa tarifi 15 faiz azaltmağı, habelə Ukraynadan Çinə müvafiq marşrut üzrə malların çatdırılma vaxtını 10 faiz azaltmağı nəzərdə tutur.

Ukraynadan Çinə ilk eksperimental yük qatarı Yeni İpək Yolu marşrutu üzrə yanvarın 15-də buraxılıb.