YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov “Baku Crystal Hall”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaiş ilə görüşüb.

Qonaq Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün hər cür şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdırıb.

Qeyd edək ki, sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasının növbəti iclası işə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmiləri iştirak edəcəklər.