YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK Səhiyyə Nazirliyi ilə birgə referendumla əlaqədar seminar-müşavirə keçirib

Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birgə referendumla əlaqədar seminar-müşavirə keçirib.

Tədbir səhhəti ilə bağlı seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair məsələlərə həsr olunub.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov iştirakçılara seçki prosesi barədə məlumat verib. O qeyd edib ki, əsas məqsəd seçki günü sağlamlığı səsvermə məntəqəsinə getməyə imkan verməyən seçicilərin səs verməsinə şərait yaratmaqdır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə deyib ki, səhiyyə işçiləri seçkilərdə daim aktiv iştirak edib və referendumda da aktiv iştirak edəcək. O bildirib ki, seminar-müşavirə səhiyyə işçilərinin seçki barəsində biliklərini daha da artıracaq.

Sonra MSK Katibliyinin Hüquq şöbəsinin müdiri İradə Hacıyeva, MSK üzvü Almas Qəhrəmanlı, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev çıxış etmişdir.

Tədbirdə seçicilərin referendum aktı layihəsi ilə tanış olmaları, habelə səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və səsvermə prosedurları barədə məruzələr edilib və təqdimatlar keçirilib.

Qeyd edək ki, seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri, MSK katibliyinin aidiyiyyəti struktur bölmələrinin əməkdaşları müvafiq idarə və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.