YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin növbəti görüşü Cəlilabad rayonunun Göytəpə şəhərində keçirilib

Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri ilə Cəlilabad rayonunun Göytəpə şəhərində seçicilərlə  görüşü keçirilib.

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı görüşü açaraq Referendum Aktı layihəsi barədə seçicilərə ümumi məlumat verib və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə bu layihəyə “hə” deməyə çağırıb.

Sonra YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin mahiyyəti, onları doğuran zərurət barədə iştirakçılara geniş məlumat verib. Bildirib ki, bunun təməlində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi, insan kapitalı və digər çoxsaylı uğurlardır: “Əvvəlki illərdə də Konstitusiyamızı bir sra əlavə və dəyişikliklər olub. Bunun da nəticəsi göz önündədir. Hər əlavə və dəyişikliklərdən sonra özkəmiz xeyli dərəcədə inkişaf edib, hüquqi baza mükəmməlləşib. Dünyanın əksər ölkələrində mütəmmadi olaraq belə dəyişikliklər olur və bu tamami ilə normal bir haldır. Heç bir Konstitusiyanın mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilə bilməz. İnkişaf dəyişkənlik tələb edir. Bir faktı diqqətinizə çatdırım ki, davamlı olan Konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına bu günə kimi 27 dəfə dəyişiklik edilib. Dəyişkən Konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir”.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi V.Rəhimzadə çıxışının sonunda bildirib ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töfhələr verməsi baxımından zəruridir və ölkəmizin tərəqqisinə dəstək verəcək.

Sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mirkazım Kazımov qeyd edib ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamıza 2002 və 2009-cu illərdə  referendum yolu ilə əlavə və dəyişikliklər edilməsi barədə referendum keçirilib: “Sentyabrın 26-da isə Konstitusiyaya 3-cü əlavə və dəyişikliklərin edilməsi təklif edilib. Bu ilki Referendum Aktı layihəsinə 23 maddədə dəyişikliklər, 6 maddənin isə əlavə olunması nəzərədə tutulub”.

Əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verən Milli Məclisin deputatı qeyd edib ki, nəzərdə tutulmuş bu əlavə və dəyişikliklər sosial ədalətin genişləndirilməsi, demokratiyanın daha da inkişaf etdirilməsi, müasir gənclərə daha çox etibar olunması, insan hüquqlarının təminatı və qorunmasının gücləndirilməsi, gənclərin seçib-seçilmək hüquqlarının daha da genişləndirilməsi, ölkədə birinci vitse prezident və vitse prezident vəzifələrinin təsis edilməsi baxımından çox vacibdir.

Səlahiyyətli nümayəndələrin çıxışından sonra seçicilərlə geniş fikir mübadiləsi aparılıb, onların suallar cavablandırılıb.

Keçirilən tədbirdə çıxış edən Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Elmira Abbasova, Privolnoye kənd rus icmasının rəhbəri Lyubov Danilova, Kazımabad kənd tam orta məktəbinin direktoru Maarif Əliyev, YAP Maşlıq kənd qadınlar şurasının sədri Təibə Nəsirovaş, Göytəpə peşə litseyinin direktoru Etibar Sadıqov, Maşlıq kəndindən ağsaqqal Həmzəxan Məhərrəmov, Göytəpə şəhər 2 saylı uşaq baxçasının müdiri Xanım Məmmədova və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini bəyan ediblər və bütün seçiciləri məntəqələrə gələrək referenduma “hə” deməyə çağırıblar.