YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Federasiya Şurası: Rusiya və Fransa Dağlıq Qarabağ ətrafında münaqişənin həlli üçün birgə işləməlidirlər

Rusiya və Fransa Dağlıq Qarabağ ətrafında münaqişənin həlli üçün birgə işləməlidirlər. Bu fikir Rusiya Federasiya Şurasının “Rusiya-Fransa: gələcəyə parlament baxışı” məruzəsində əksini tapıb.

Federasiya Şurasının beynəlxalq komitəsi tərəfindən hazırlanmış sənəddə deyilir: “Avropada və dünyada ab-hava bir çox halda Rusiya ilə Fransa arasında etimadın səviyyəsindən asılıdır. Lakin etiraf etmək lazımdır ki, Rusiya-Fransa münasibətləri Fransanın Avropada və beynəlxalq aləmdə müstəqil siyasətindən asılıdır”.

Məruzədə, həmçinin Ukraynanın cənub-şərqində gərginliyin səngiməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanır.