YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Konstitusiyaya təklif edilən edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əsas etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi və bir sıra digər məsələlər əks olunub ki, bu da ölkəmizdə islahatlar fəlsəfəsinin məhz milli maraqlara və inkişafa xidmət etdiyini göstərir». Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkili Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Konstitusiyaya təklif edilən edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir. Onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb.

«Digər tərəfdən, layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Məhz bu, odarəetmə sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqla bu sahədə daha çevik və effektiv fəaliyyəti təmin etmiş olacaq. Bununla yanaşı, Silahlı Qüvvələrlə bağlı təklif olunan dəyişikliklər də təqdirəlayiqdir. Əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olacaq. Yəni Konstitusiya dəyişikliklərində bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması ilə bağlıdır. Bu, həm dövlət başçısına irəli sürdüyü proqram və layihələri daha məqbul zaman formasında icra etməyə imkan verir, həm də özündə dünya təcribəsini ehtiva edir. Qeyd edim ki, hazırda dünyanın 30–a yaxın ölkəsində prezidentlik müddəti 7 ildir. İtaliya, İsrail, İslandiya, Qazaxıstan kimi ölkələrdə də prezidentlik müddəti 7 il olaraq təsbit edilib»- deyə, N.Cəfərov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv