YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri ilə Biləsuvar rayonunun Ağayrı kənd seçicilərinin görüşü keçirilib

Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri ilə Biləsuvar rayonunun Ağayrı kənd seçicilərinin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə bu layihəyə “hə” deməyə çağırıb.

Sonra “Yeni Azərbaycan” referendum üzrə təbliğat-təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ərtaflı məlumat verib. Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin yaranma zərurəti əhəmiyyəti barədə danışan YAP Siyasi Şurasının üzvü bildirib ki, dəyişiklik ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir: “Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, Konstitusiya da əlavə və dəyişikliklər edilməsinin vaxtı artıq çatıb. Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək”.

Ümumiyyətlə, Referendum Aktı layihəsinin Azərbaycan xalqının rifahına xidmət etdiyini deyən V.Rəhimzadə sonda seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Görüşdə seçicilərdən Allahşükür Əliyev, İnşallah Şirinov çıxış edərək müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr referendumunda bu əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.