YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri Lənkəran rayonunun Nərimanabad, Balıqçılar, Mamusta, Şürük, Səpnəkəran, Yuxarı Nüvədi kəndlərində görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı Lənkəran rayonunu Nərimanabad, Balıqçılar, Mamusta, Şürük, Səpnəkəran, Yuxarı Nüvədi kəndlərinin seçiciləri ilə görüşüb..

Tədbiri giriş sözü ilə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq, seçiciləri salamlayıb. O seçiciləri 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinində (referendum) fəal iştirak etməyə çağırıb.

Daha sonra çıxış edən “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Cavanşir Paşazadə sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi günün reallığıdır və bu dəyişikliklər xalqımızın rifah halının daha da inkişafına xidmət edəcək.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi  Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli isə çıxışında bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərə əsasən Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin 18-ə endirilməsi gəncləri çox sevindirir: "Onların seçmək hüquqları var idi. Amam bu dəyişikliklərdən sonra onlar həm də seçilmək hüququ qazanacaqlar. Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq".

Tədbirin sonunda seçiciləri maraqlandıran suallara cavablar verilib. 

 

DİGƏR Xəbərlər Arxiv