YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın kişilərdən ibarət birinci komandası Bakı Şahmat Olimpiadasında liderlər qrupunda yer alır

Sentyabrın 5-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turu keçirilib.

Olimpiadanın dördüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Rumıniya millisinə 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (İBCA) 3,5:0,5 hesabı ilə məğlub edib. Üçüncü komandamız isə türkmənistanlı rəqiblərinə uduzub – 0,5:3,5.

Qadınların yarışında isə Azərbaycanın birinci komandası Rumıniya, üçüncü komandası isə Braziliya ilə xalları yarı bölüb – 2:2. “Azərbaycan-2” komandası isə İtaliya yığmasına 1,5:2,5 hesabı ilə məğlub olub.

Azərbaycanın kişilərdən ibarət əsas komandası 8 xalla Çin, Niderland, Hindistan, Belarus və Ukrayna ilə birgə 1-6-cı yerləri bölüşür. “Azərbaycan-2” komandası 27-ci, “Azərbaycan-3” isə 71-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 11-ci, “Azərbaycan-2” 34-cü, “Azərbaycan-3” isə 39-cü pillədə qərarlaşıb.

Qadınların mübarizəsində Ukrayna, Serbiya, Rusiya və Qazaxıstan 8 xalla 1-4-cü yerləri bölüşür.