YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kervers ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Onno Kerversi Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Onno Kervers diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.