YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi Gəncədə referendumla bağlı zona seminar-müşavirəsi keçirib

Sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair Gəncə şəhərində zona seminar-müşavirəsi keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.

Seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. O, çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Sonra MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı dinlənilib.

Seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Tofiq Həsənov bildirib ki, belə maarifləndirici tədbirlər artıq ənənə halını alıb. Referendumla bağlı seminar-müşavirələr sentyabrın 14-dək davam edəcək.

Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.