YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üzrə bəyannamə imzalayıb

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıb.

Bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib. Sənədi Türkiyə tərəfindən Ə.Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıb.